Bütün Vakansiyalar
Aktiv Vakansiya

Satış şöbəsinin 1 - ci dərəcəli korporativ satış təmsilçisi

Bakı
təxminən 11 saat əvvəl paylaşıldı
Tam Ştat

Haqqında

İş qrafiki: 08:00 - 17:00 / Bazar ertəsi - Cümə QEYD: Bu vakansiya bəy namizədlər üçün nəzərdə tutulmuşdur, həmçinin tələblərə uyğun olmayan və “subject” bölməsində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” - lərə baxılmayacaqdır.

Namizəd Tələbləri

  • Minimum 03 (üç) il korporativ satış sahəsində (avtomobil sektoru üstünlükdür) iş təcrübəsi;
  • Ali təhsil (biznes, iqtisadiyyat, marketinq və ya oxşar sahələr üstünlükdür);
  • Yüksək səviyyədə danışıqlar aparmaq və münasibətlər qurmaq bacarığı;
  • Təqdimat hazırlamaq və təqdim etmək bacarıqları;
  • MS Office (xüsusilə Excell və PowerPoint) və 1C proqramlarında işləmək bacarığı;
  • CRM sistemləri ilə iş təcrübəsi;
  • Analitik düşünmə, planlama və strateji satış yanaşması;
  • Azərbaycan və rus dillərində səlis danışmaq (ingilis dili üstünlükdür);
  • Məsuliyyətli, təşəbbüskar, nəticəyə yönəlik və komandada işləmə bacarığı.

İş Detalları və Üstünlüklər

Korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
Bazar araşdırmalarının aparılması, müştəri ehtiyaclarının təhlili və uyğun məhsul və xidmətlərin təqdim edilməsi;
Korporativ müştəri bazasının formalaşdırılması və aktiv idarə olunması;
Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı işin təşkili və kompleks satış həllərinin təqdim edilməsi;
Tender və sorğular üçün kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanılması;
Satış hədəflərinin icrası, satış həcminin və keyfiyyət göstəricilərinin izlənilməsi;
Satış sonrası proseslərin izlənməsi və müştəri məmnuniyyətinin təmin edilməsi;
Müntəzəm hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
• Sifarişlərin planlanması prosesində iştirak;
• Korporativ müştərilərlə marketinq kommunikasiyalarının qurulmasına təşəbbüs, və dəstək.

Maraqlandınız?

CV-nizi göndərmək üçün aşağıdakı addımları izləyin.

Məlumat

Paylaşılıb:19 İyun 2026
Son müraciət:30 gün sonra

Sualınız var?

info@autolux.az