Haqqımızda

Brendlər

Servİs

Kampanİyalar

Xəbərlər

Vakansiyalar

Əlaqə

AZ

13

Feb

YENİ JEEP GRAND CHEROKEE – TEZLİKLƏ AZƏRBAYCANDA !!!

Yeni Jeep Grand Cherokee -  Texnoloji cəhətdən daha da inkişaf etmiş, dəbdəbəli və yolsuzluğa uyğunlaşdırılmış Jeep Grand Cherokee-dir.

Yeni Jeep Grand Cherokee - Azad ruhlu yolsuzluq avtomobili yaxın zamanda ölkəmizdə rəsmi nümayəndə “Avtolüks Azərbaycan” MMC şirkəti tərəfindən yerli bazara təqdim ediləcəkdir.

Müstəsna idarəetmə keyfiyyəti, rahatlıq, funksionallıq və keçilməz maneələri asanlıqla aşma qabiliyyəti, əminliklə Yeni Jeep Grand Cherokee modelini ən çox mükafat qazanan yolsuzluq avtomobili irsinin  layiqli davamçısı kimi təqdim etməyə imkan verir. “Jeep Grand Cherokee” bizim qlobal flaqmanımızdır və biz Jeep brendini yüksək keyfiyyət standartları, innovativ texnologiya və intellektual tam ötürücülü sistemlə təchiz edilmiş yeni elektrikli avtomobillər dövrünə aparmağa qərarlıyıq” deyə Jeep-in baş direktoru Kristian Meunier bildirib.

Öz sinfində unikal, avtomatik tənzimlənən yarı aktiv amortizasiyaya malik Jeep-in Quadra-Lift™ pnevmatik asqısı avtomobilə öz seqmentində 28,7 sm-lik ən yüksək klirens və 61 sm dərinliyində su maneəsini asanlıqla aşmağa imkan verir. Uzun təkər bazalı Yeni Jeep Grand Cherokee avtomobilinin dizaynı həmçinin tam mükəmməldir!

 

Rahatlıq sevənlər üçün 5 oturacaqlı qısa versiya və eyni zamanda 5 və 7 oturacaqlı uzun versiya model sırasına əlavə olunmuşdur. Hər iki versiya atmosfer və turbo mühərriklərlə təchiz edilmişdir.

Azərbaycanda rəsmi zəmanətlə idxal ediləcək yeni model 2.0 litrlik 4 silindirli 272 at gücünə malik turbo mühərriklə və 3,6 litrlik V6 silindirli 293 at gücünə malik atmosfer mühərriklə təchiz ediləcəkdir.

Elektron “köməkçilərin” siyahısına adaptiv sürətə nəzarət sistemi, kor zonaların monitorinqi, 360’ kameralar və gecə görmə kamerası, parkinq köməkçisi, yol nişanının tanınması və zolağa nəzarət sistemləri daxildir.

Daha ətraflı məlumat əldə etmək üçün, Jeep rəsmi satış mərkəzi ilə əlaqə saxlaya və yeni model avtomobili öncədən sifariş edə bilərsiniz.


Ünvan : Üzeyir Hacibəyli 57 və Zaur Nudirəliyev 8

Qaynar xətt : 983

Şəhər mömrəsi : 012 4048395

Mobil nömrə: 055 4444700

İnstagram link -  https://www.instagram.com/jeep_azerbaijan/

Facebook link -  https://www.facebook.com/JeepAutolux

Website link - https://autolux.az/

“Avtolüks Azərbaycan MMC” dünyanın ən məşhur avtomobillərini Azərbaycan istehlakçısına əlçatan etmək üçün 2012-ci ildə təsis edilmişdir.

Bizi izlə

Keçidlər

Haqqımızda

Xəbərlər

Vakansiyalar

Dəstək

Servis

Əlaqə

İzlə

Ən son yeniliklərdən xəbərdar olmaq istəyirsinizsə, zəhmət olmasa e-mailinizi qeyd edin

Avtolüks Azərbaycan MMC - © 2025 Bütün hüquqlar qorunur.